Növbəti piyada ölümü

Yanvarın 4-də saat 23 radələrində Sabirabad şəhəri ərazisində Suqovuşan kənd sakini N.Əliyev idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu keçən Kürkəndi kənd sakini Müşfiq Vəliyevi vurub. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə