Rusiyada insident - azərbaycanlı axtarışdadır

Rusiyada insident - azərbaycanlı axtarışdadır

Rusiyada silahlı insident qeydə alınıb. Hadisə Ussuriysk şəhərindəki məşhur barlardan birində baş verib. SİA “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 19 yaşlı oğlan güllələnib.

Məlumatda, onu 18 yaşlı azərbaycanlının güllələdiyi bildirilir. Həmçinin məlumatda qeyd olunur ki, tərəflər arasında mübahisə barın daxilində başlayıb. Ardınca gənclər mübahisəni küçədə davam etmək qərarına gəliblər. Bu zaman azərbaycanlı üzərindəki travmatik silahdan istifadə edərək və rəqibinə bir neçə dəfə atəş açaraq hadisə yerindən uzaqlaşıb. Hazırda həmin şəxs axtarışdadır.

Əldə olunan məlumata görə, oğurluq etdiyi səbəbindən əvvəllər məhkum olunmuş şəxs “Toyota Camry” avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə