İmişlidə yanğın
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qəsəbədə ümumi sahəsi 80 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə