Sürücünün diqqətsizliyi sərnişinin ölümü ilə nəticələnib - FOTO

Sürücünün diqqətsizliyi sərnişinin ölümü ilə nəticələnib - FOTO

Martın 22-də, saat 21:00 radələrində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən İpək yolunun keçən hissəsində bir nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası baş verib.

 

BDYP-nın 7-ci tağımının inspektoru İmanovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, Bakı-Qazax yolunun 100-cü kilometrliyində Bakı istiqamətinə hərəkət edən, 1962-ci il təvəllüdlü Məmmədov Təhməz Məmməd oğlu idarə etdiyi "Mercedes" markalı 90GB678 dövlət nömrə nişanlı avtomaşınla yolun hərəkət hissəsində yerləşməni düzgün seçməyib və öz yoluna keçərkən aşıb.

 

Baş vermiş qəza nəticəsində sərnişin Əliyeva Sevda Neytulla qızı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Sürücü və 2 sərnişin Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Həkim Tofiq Hüseynovun açıqlamasına əsasən sürücü Məmmədov Təhməz Məmməd oğlu sağ baldırın içəri topuğun açıq yer dəyişmiş sınığı, Məmmədova Sevil Neytulla qızı sağ qolun əzilməsi, Məmmədov Rəşad Təhməz oğlu isə çanağın əzilməsi diaqnozu ilə xəstəxanaya qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə