Göyçayda 55 yaşlı qadın yol qəzasının qurbanı olub

Göyçayda 55 yaşlı qadın yol qəzasının qurbanı olub

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, bir neçə gün öncə Göyçay şəhərinin M.Hüseynzadə küçəsində, "Təzə Bazar"ın qarşısında hərəkət edən "VAZ 2106" markalı minik avtomobili yolu keçən piyada, 1963-cü il təvəllüdlü Hacıyeva Minəxanım Miri qızını vurub.

Yaralı təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Bir neçə gün xəstəxanada qalan M.Hacıyeva sonradan müalicə üçün Gəncəyə aparılıb. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə