45 gün əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb

45 gün əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb

Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb.

Ötən il noyabrın 20-də paytaxtın Nizami rayon sakini, 1969-cu il təvəllüdlü Məmmədova Ruqiyyə İmran qızı yolu keçmək istədiyi zaman minik avtomobili onu vurub.

SİA xəbər verir ki, qəza baş verən gündən daxili orqanların zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadın bu gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə