Tələbə dəm qazından boğularaq ölüb

Tələbə dəm qazından boğularaq ölüb

Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb. SİA-nın verdiyi məlumata görə, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub. T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. Faktla bağlı araçdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə