Şəmkirdə 58 yaşlı kişinin bədəninin müxtəlif hissələri yanıb

Şəmkirdə 58 yaşlı kişinin bədəninin müxtəlif hissələri yanıb

Şəmkirdə bədbəxt hadisə baş verib.

SİA Gəncə müxbirinə istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Əsədov Natiq Bayram oğlu bədəninin müxtəlif hissəsinin yanığı ilə xəstəxanaya yerləşdirilib. Dərhal 58 yaşlı kişiyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.

Məlumata görə, hadisə evdə qazı yandıran zaman baş verib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə