FHN: Bakının Nərimanov rayonundakı yanğın məhdudlaşdırılıb YENİLƏNİB

FHN: Bakının Nərimanov rayonundakı yanğın məhdudlaşdırılıb YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

SİA FHN-in saytına istinadən xəbər verir ki, yanğın barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub və bildirilib ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə qeydə alınıb.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).

***

Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

SİA "APA"ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2 ünvanında qeydə alınıb. Yanğın 18 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzillərin birində meydana gəlib.

Əraziyə yanğından mühafizə qüvvələri cəlb olunub. Bina sakinlərinin təxliyyəsinə başlanılıb.

Yanğının səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com