Zaqatalada avtomobillə vurulan qadının şəxsiyyəti müəyyənləşib, sürücü tutulub

Zaqatalada avtomobillə vurulan qadının şəxsiyyəti müəyyənləşib, sürücü tutulub

Zaqatalada avtomobil qadın piyadanı vuraraq öldürüb, sürücü isə hadisə yerindən qaçıb.

SİA xəbər verir ki, hadisə axşam saat 21:40 radələrində rayon mərkəzində baş verib.

Sonradan isə avtomobillə vurulan qadının şəxsiyyəti müəyyənləşib, hadisəni törədən sürücü isə saxlanılıb.

Belə ki, adı açıqlanmayan rayon sakini rayonun Yuxarı Tala kəndi ərazisindəki şadlıq evindən çıxaraq idarə etdiyi “Chevrolet Camaro” markalı, 10-RR-024 dövlət nömrə nişanlı minik avtomobili ilə rayon mərkəzi istiqamətində hərəkət edərkən yolu keçmək istəyən rayon sakini, 1961-ci il təvəllüdlü Fərasət Əhməd qızı Davudovanı vurub. Ağır xəsarətlər alan F.Davudova hadisə yerində ölüb. Hadisəni törədərək qaçan sürücü isə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dərhal saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə