Yanvarın 1-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində 2 nəfərin Bakı şəhər sakini D.Babayevi döyməsi barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Hüseynov və A.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB