Suraxanı rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs tutulub

Suraxanı rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs tutulub

Suraxanı rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs tutulub.

SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən ilin aprel-noyabr ayları ərzində rayonun Əmircan, Suraxanı və Bülbülə qəsəbələri ərazisində yerləşən neft quyusu, buruq və anbardan elektrik mühərriki, məişət əşyaları və təmir-tikinti alətləri, Ramana qəsəbəsinin ərazisində yol kənarındakı sahəyə quraşdırılmış 4200 manat dəyərində misdən hazırlanmış çətir altında olan uşaq fiquru, habelə 11 evdən kondisioner, kombi aparatı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə