Oğul evi yandırdı, ata oğlunu qətlə yetirdi

Oğul evi yandırdı, ata oğlunu qətlə yetirdi

Göygöl rayonunda ağır qətl hadisəsi qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Nadel kəndində qeydə alınıb.

Ata - 1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övaldı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib.

İlkin məlumata görə, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib. Belə ki, övladının bu əməlinə əsəbiləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.

Hadisə yerinə Göygöl rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Qətli törədən Yaşar Bayramov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə