Qarışıq növlər üzrə döyüşçü, əslən azərbaycanlı olan Əli İsayev Nyu-Yorkda keçirilən Peşəkar Döyüş Liqası (PFL) turnirinin finalında ağır çəki dərəcəsində çempionluq mükafatını qazanıb.
SİA-nın məlumatına görə, Vesti.ru xəbər verir ki, həlledici döyüşdə amerikalı Cared Roşoltu məğlub edib.
İsayev dördüncü raundda texniki nokaut nəticəsində rəqibinə qalib gəlib. Döyüşçülərin bu görüşü onların təqdimatında beşinci imiş və hamısında İsayev qalib olub.
Çempionluq kəmərindən əlavə İsayev bir milyon dollar da qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB