Lənkəranda baş verən qəzada sürücü ağır yaralanıb

Lənkəranda baş verən qəzada sürücü ağır yaralanıb

Lənkəranda baş verən qəzada sürücü ağır yaralanıb.

SİA xəbər verir ki, rayonun Digah kəndində qarşı-qarşıya gələn "Mercedes Sprinter" və "VAZ 2107" markalı nəqliyyat vasitələri toqquşub.

Qəza nəticəsində "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Göyşaban kənd sakini, 1974-cü il təvəllüdlü Vasif Həmid oğlu Qurbanov ağır yaralanıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə