Goranboyda iki "Mercedes"in toqquşması iki nəfərin yaralanması ilə nəticələnib

Goranboyda iki "Mercedes"in toqquşması iki nəfərin yaralanması ilə nəticələnib

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “Merceses” markalı minik maşınları toqquşub. Qəza zamanı 1972-ci il təvəllüdlü Hacıyev İlqar İmran oğlu və 1959-cu il təvəllüdlü Məmmədova Yasəmən Ənvər qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Qeyd edək ki, sürücülərdən biri hadisədən sonra qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə