Gədəbəydə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə rayonun mərkəzin qeydə alınıb.
Hərəkətdə olan "Volkswagen Passat" və "VAZ 2109" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı "VAZ 2109"un sürücüsü, 1975-ci il təvəllüdlü Həsənov Fərman İsa oğlu və onun atası 1936-cı il təvəllüdlü İsa Afdandil oğlu Həsənov ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, Fərman Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB