Gəncədə qadın oğlu tərəfindən bıçaqlanıb

Gəncədə qadın oğlu tərəfindən bıçaqlanıb
Gəncədə bıçaqlanma olub. SİA-nın Gəncə müxbiri xəbər verir ki, hadisə şəhərin "Mağrasa bağı" adlanan yaşayış massivində qeydə alınıb. Şəhər sakini 1960-cı il təvəllüdlü Qurbanova Sücayət Aqil qızı bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadını ruhi xəstə olduğu bildirilən oğlu bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə