4 otaqlı ev yanıb

Şəki şəhərində 4 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, şəhərin Kiş kəndində ümumi sahəsi 350 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə