Hacıqabulda iki "VAZ 2107" toqquşub - FOTO

Hacıqabulda iki "VAZ 2107" toqquşub - FOTO

Martın 21-də, saat 19:50 radələrində Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. BDYP-nın 12-ci tağımının İnspektoru Rəsulovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, Bakı-Qazax yolunun 117-ci kilometrliyində, iki "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə hər iki maşında olan sürücü xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırmadan sonra məlum olacaqdır. Yaralıların vəziyyəti barədə məlumat verən Bakı şəhər 113 saylı Təcili və Təxirəsalınmaz Yardım Məntəqəsinin Şirvan regional məntəqəsinin həkimi Famil Yusifov bildirib ki, 10SB790 nömrə nişanlı maşının sürücüsü Rzayev Xəqani Vaqif oğlu sol aşağı ətrafın, döş qəfəsinin sıyrılmış və əzilmiş, 10LK297 nömrə nişanlı maşının sürücüsi Əliyev Nurlan Allahverdi oğlu isə sol aşağı ətrafın yerin dəyişmiş açıq qəlpəli sınığı və sol baldırın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Birincinin vəziyyəti orta ağır, o birinin isə vəziyyəti tərəfimizdən ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə