Daşkəsəndə tanışlar arasında dava - bir nəfər bıçaqlandı

Daşkəsəndə tanışlar arasında dava - bir nəfər bıçaqlandı
Daşkəsən rayonunda bıçaqlanma faktı qeydə alınıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Quşçu kəndində baş verib. 1995-ci il təvəllüdlü Kamalov Abbas Qoşqar oğlu bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. İlkin məlumata görə, 24 yaşlı şəxs tanıdığı həmkəndlisi tərəfindən bıçaqlanıb. Yaralı dərhal əməliyyat edilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə