Sabirabadda avtoqəza sərnişinin ölümü ilə nəticələnib - FOTO

Sabirabadda avtoqəza sərnişinin ölümü ilə nəticələnib - FOTO

Sabirabadın Qaragüney kəndində 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun xəbərinə görə, kənd ərazisindən keçən magistral yolda hərəkət edən Şirvan şəhərində yerləşən Qarasu Əməliyyat Şirkətinə məxsus "Prado" markalı, 14H0211 dövlət qeydiyyat nömrəli avtomobili idarə edən 1970-ci il təvəllüdlü, Qaragüney kənd sakini Abuzərov Valeh Allahqulu oğlu idarəetməni itirərək yolun solundakı arxa çırpılaraq yoldan çıxıb və qəzaya uğrayıb. Nəticədə maşında olan sərnişin 1972-ci il təvəllüdlü Məlikov Əlibəy Mahmud oğlu aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

 

Maşında xəsarət alanlar barədə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya Şöbəsinin müdiri Tofiq Hüseynovdan aldığımız məlumata görə sürücü döş qəfəsinin əzilməsi və digər sərnişin Zülfüqarov Həşim Əmralı oğlu sol bud çanaq oynağının əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

 

Hadisə yeri rayon mərkəzindən uzaq olduğu üçün YPX-nin əməkdaşları 1 saat ərzində əraziyə gəlib çıxmayıblar. Ona görə də avtomobilin əsl sürücüsünün kimliyini və qəzanın səbəbini öyrənə bilmədik. Şahidlərin sözlərinə görə avtomobil çox yüksək sürətlə hərəkət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə