Liviyanın ahı Fransanı tutub

Son günlər Fransanın cənub-şərqində müşahidə olunan güclü yağış subasmaya səbəb olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, nəticədə 25 nəfər ölüb.

Vilayətin 5 şəhərində avtomobil yolları, körpülər, tikililər dağıntıya məruz qalıb, elektrik, rabitə və su xətləri sıradan çıxıb. Həmin ərazilərdə içməli su çatışmazlığı yaranıb. Ölkənin 7 bölgəsində subasma təhlükəsinin yarandığı qeyd edilir.

Təhlükəli ərazilərdən insanlar təxliyyə olunur. Subasmanın nəticələri xilasedicilər və vətəndaşların birgə səyi nəticəsində aradan qaldırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə