Bakıda bıçaqlanma hadisəsi olub

Bakıda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində, Binə yolunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Samir Seyfulla oğlu Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə