Filippinin şimalında yerləşən Keson-siti şəhərində yanğın baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Kailat yaşayış məntəqəsində qeydə alınıb. Sürətlə yayılan alov 300 tikilini külə döndərib. Nəticədə, təxminən 800 ailə yaşayış yerini itirib. Ölən və xəsarət alanlar və hadisənin başvermə səbəbi barədə məlumat verilmir.
Təxminən, 5 saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Ərazidə müvafiq işlər görülüb, yaşayış yerini itirmiş xeyli sayda insan müvəqqəti sığınacaqlarla təmin edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB