Hindistanın cənub-qərbində yerləşən Maharaştra ştatında çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, əsasən içərisində zəvvarların olduğu sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq hündürlüyü təxminən 21 metr olan dərəyə aşıb. Nəticədə 17 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Buldana rayonunun Malkapur yaşayış məntəqəsində qeydə alınmış qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Hadisə yerində müvafiq işlər görülüb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB