ABŞ-da aviaqəza baş verib

ABŞ-ın qərbində yerləşən Kaliforniya ştatında aviaqəza baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Biçkraft Kinq Eyr" markalı kiçik təyyarə Lonq-Biç şəhərindəki hava limanında havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb.

Yanğın hadisəsi baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə zamanı təyyarənin göyərtəsində digər şəxslərin olması barədə məlumat verilmir.

Təyyarənin Solt-Leyk Siti şəhəri istiqamətində hərəkət etdiyi qeyd olunur. Hadisə yerində müvafiq işlər görülüb, yaralı xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə