Qazaxıstanda zəlzələ baş verib

Qazaxıstanda zəlzələ baş verib

20 mart 2011-cu il tarixində Bakı vaxtı ilə saat 13:36-da Qazaxıstanda zəlzələ baş verib.

SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 4,5 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanın Alma-Ata şəhərindən 168 km qərbdə qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə