Dələduzluq maddəsi ilə axtarışda olan şəxs tutulub

Dələduzluq maddəsi ilə axtarışda olan şəxs tutulub

Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlqar Bayramov tutulub.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, digər bir cinayət hadisəsi martın 15-də isə Bayıl qəsəbəsində baş verib. Qəsəbənin Q.Abbasov küçəsində Mirzə Şahverdiyevə bıçaqla qarın nahiyəsindən xəsarət yetirən Ələkbər İnsafi Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən martın 17-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə