Bakının Nizami rayonunda 26 yaşlı gənc mübahisə zəminində ürək və qarın nahiyələrindən bıçaq xəsarətləri alıb
Bakının Nizami rayonunda bıçaqlanma hadidəsi baş verib.
SİA xəbər verir ki, hadisə "Lotos" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs və şəxslərlə mübahisə zəminində ürək və qarın nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin, qarın boşluğunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB