Gəncədə “QAZ-31” markalı minik maşını “VAZ 2107” markalı avtomobillə toqquşub

Gəncədə “QAZ-31” markalı minik maşını “VAZ 2107” markalı avtomobillə toqquşub

Gəncə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, hərəkətdə olan 20-CB-185 dövlət qeydiyyat nişanlı “QAZ-31” markalı minik maşını 20-EF-357 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza zamanı “Qaz 31”-də olan yaşlı qadın həyacandan huşunu itirib. Hadisə yerinə Təcilli Tibbi Yardım birqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə