Ağır yol qəzasında daha bir nəfər can verdi

Ağır yol qəzasında daha bir nəfər can verdi

Martın 17-si saat 11:10 radələrində Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 5-in qarşısında Elman Allahverdiyevin idarə etdiyi "VAZ-2107" və Silindik Xankişiyevin idarə etdiyi "Mersedes" markalı avtomobillər toqquşub.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə hadisə nəticəsində sürücü E.Allahverdiyev və "Mersedes" markalı avtomobilin sərnişini Mehdi Mehdiyev xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq M.Mehdiyev xəstəxanada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə