Binəqədi rayonunda bıçaqlanma: 30 yaşlı şəxs xəstəxanaya yerləşdirilib

Binəqədi rayonunda bıçaqlanma: 30 yaşlı şəxs xəstəxanaya yerləşdirilib

Bakının Binəqədi rayonunda bıçaqlanma faktı qeydə alınıb.

SİA xəbər verir ki, hadisə "Qız qalası" marketinin yaxınlığında baş verib.

1989-ci il təvəllüdlü Sərxan Küclü Fəhmin oğlu naməlum şəxs və şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə