1674 nəfər cinayət məsuliyyətinə cəlb edilib

1674 nəfər cinayət məsuliyyətinə cəlb edilib

2019-cu ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğlul olan 1674 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, onlardan 1636 nəfəri kişi, 38-i isə qadındır.

"Cinayət törətmiş şəxslərdən 5 nəfəri 14-17 yaşdadır. 195 nəfər qrup halında, 5 nəfər sərxoş vəziyyətdə, 11 nəfəri isə narkotikanın təsiri altında cinayət törədib. İnzibati məsuliyyətə cəlb edilən şəxslərin sayı 75 nəfər, tənbeh növü tətbiq edilənlərin sayı 30 nəfər olub", -deyə məlumatda qeyd olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə