Salyanda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib
Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində maşında olan bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan Z.Məmmədova, T.Məmmədova və Ə.Hacıyev xəstəxanada ölüblər.
Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB