Daşkəsən rayonunda kişi meyiti tapılıb.
SİA-nın bölgə muxbirinin verdiyi xəbərə görə, rayonun Bayan kəndində cəsədi tapılan şəxsin Şəmkir rayon sakini, 1962-ci il təvəllüdlü Abdullayev Qurban Oruc olduğu müəyyən edilib. İlkin məlumata əsasən, cəsədin üzərində müxtəlif xəsarətlərin odluğu deyilir.
Meyit ekspertiza üçün Gəncə şəhərinə gətirilib. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində və rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB