Yaşadığı evin 1-ci mərtəbəsindən özünü atan gənc qızın ayağı sınıb

Yaşadığı evin 1-ci mərtəbəsindən özünü atan gənc qızın ayağı sınıb

Bakının Pirallahı rayonunda döyülmə hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Cənub küçəsində qeydə alınıb.

16 yaşlı Mirzəyeva Fidan Əbülfəz qızı yaşadığı evdə əmisi ilə mübahisə edib. Nəticədə döyülən F.Mirzəyeva kömək istəmək məqsədilə özünü yaşadığı evin 1-ci mərtəbəsindən atıb. Ağır xəsarət alan yeniyetmənin ayağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə