Martın 16-da, axşam saat 18:45 radələrində Bakı-Qazax yolunun 87-ci kilometirliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 4 Sumqayıt sakini həyatını itirib. BDYP-nın 7-ci tağımın inespektoru Rövşən İmanovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, "VAZ 21011" markalı 50BA879 dövlət nömrəli avtomobil Hacıqabul rayonundan Bakı istiqamətinə hərəkət edən zaman yolun orta zolağına keçərək beton körpüyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1939-cu il təvəllüdlü Səfxanov Telman Qəhrəman oğlu, sərnişinlərdən 1973-cü il təvəllüdlü Rəhimli Sadiq Əkbər oğlu, 1999-cu il təvəllüdlü Rəhimli Cavid Sadiq oğlu, 1976-cı il təvəllüdlü Əliyeva Ruhiyyə Akif qızı hadisə yerində dünyalarını dəyişiblər. Rəhimova Validə isə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkim Tofiq Hüseynov xəstənin vəziyyətinin ağır olduğunu bildirib.
Xatırladaq ki, bir necə gün öncə həmin ərazidə eyni ssenari ilə qəza baş verib. Beton körpüyə çırpılan "VAZ 2107" markalı maşında olan 3 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB