Övladını itirən 69 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb

Bakının Qaradağ rayonunda 69 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

SİA xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi, Yeni Yaşayış massivi, ev 73 ünvanında baş verib.

1950-ci il təvəllüdlü Mütəllimova Həqiqət Əli qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi ilə onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, qadın qızının bir neçə gün öncə öldüyünü bildirib və buna görə özünə qəsd etdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...