Gəncədə yaşayış binasında yanğın olub

Gəncə şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...