İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Əhəd Əliyevə məxsus yardımçı təsərrüfatdan 59 baş qoyunu oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Fikrət Cəfərov tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, F.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun rayon sakini Xəyyam Musayevlə birgə Zahid Abbasova məxsus 2 baş inəyi də oğurlamaları müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X.Musayev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB