"Gənclik" metrostansiyasının qarşısında 33 yaşlı qadını maşın vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Tofiq Bəhrəmov adına stadionun yaxınlığında baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Niftullayeva İlknur İntiqam qızını minik avtomobili vurub.

Yaralı çox sayda sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...