İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə H.Əliyev prospektində qeydə alınıb.

İmişli rayonunun Yalavac kənd sakini, 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi "QAZel" markalı avtomobillə Beyləqan rayonunun Qaralılar kənd sakini Emin Allahverdi oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə “Juqili”nin sürücüsü dünyasını dəyişib, onun sərnişini - Beyləqan rayon sakini, 1981-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə