“KamAZ” markalı yük maşını Binəqədi rayonunda yolu keçmək istəyən tələbə qız və oğlanı vurub

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə