Bakıda ticarət mərkəzi yanır. SİA-nın verdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində "Eurohome" tikinti materiallarının topdansatış bazarında baş verib. Bazardakı tikinti materialları mağazalarından birində başlanan güclü yanğın başqa mağazalara da keçib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...