Gəncədə yaşlı qadın özünü yandırdı

Gəncə şəhərində 68 yaşlı qadın yanıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1951-ci il təvəllüldü Məryəm Məmmədova yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər qadının üz və döş qəfəsinin 2-3 cü dərəcəli yanığı diqanozu qoyublar.

İlkin məlumata görə, yaşlı qadın üzərinə benzin tökərək intihara cəhd edib.

Faktla bağlı Kəpəz rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə