Avstraliyaya göndərilən poçt bağlamasında narkotik aşkarlandı FOTO

Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Baş Gömrük İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycan Respublikasından Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.

Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...