26 yaşlı gənci dostu toyda bıçaqladı

Göygöl rayonunda kütləvi dava baş verib.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun şadlıq saraylarından birində qeydə alınıb. İçkili vəziyyətdə olan gənclər arasında düşən dava zamanı rayon sakini - 1993-cü il təvəllüdlü Elman Cəfərov ürək nahiyyəsindən bıçaqlanıb . Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. İlkin məlumatlara görə, Elman Cəfərov öz dostu tərəfindən bıçaqlanıb.

Hazırda həmən şəxsin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...