Gəncə-Qazax avtomobil yolunda “ZİL” aşıb - FOTO

Gəncə-Qazax avtomobil yolunda “ZİL” aşıb - FOTO

Hadisə Gəncə-Qazax magistralının Gəncə şəhər istiqamətində baş verib. Belə ki, saat 17.00 radələrində Şəmkir rayon sakini Qabil Qasımovun idarə etdiyi 20 BD 807 dövlət nömrə nişanlı "ZİL" markalı yük maşını aşıb. Şahidlərin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, qəzaya səbəb maşının yüksək sürətlə idarə olunması və yolun təmir edilməsi səbəb olub.

 

Bildirək ki, hadisənin baş verdiyi yolda hazırda təmir işləri aparılır. Qəza zamanı avtomobildə adıçəkilən sürücü ilə yanaşı, onun iki qardaşı Mobil Qasımov və Bəylər Qasımov da olub. Xoşbəxtlikdən ölüm hadisəsi olmayıb, yalnız sürücü yüngül xəsarət alıb.

 

Qəzadan sonra hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşlarından gələn olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə