Gömrükçülər 142 ədəd metadon həbi dövriyyədən çıxarıb

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada qayıdan Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual edilib. SİA bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə